Millinin qapıçısı dava saldı
15.02.2022 - 09:29
Millinin qapıçısı dava saldı

İngiltərə millisinin və “Everton”un qapıçısı Cordan Pikford xoşagəlməz durumla üzləşib.

Apasport.az saytının məlumatına görə, qolkiper Nyukasl ətrafındakı pabda baş verən dava-dalaşda iştirakda şübhəli bilinir.

Kafedə olanların bir qrupu Pikfordla zarafatlaşıb, hətta onu əllərinin qısa olmasına görə ələ salıb. Bundan əsəbləşən qolkiperlə dostları həmin şəxsləri cəzalandırmaq istəyib. Nəticədə bir nəfərin burnu, digərinin telefonu sındırılıb.

Cordan və dostları polis gələnədək hadisə yerindən uzaqlaşmağı bacarıb. Polis insidentlə bağlı araşdırmaya başlayıb.