Millinin qapıçısı satılır
08.05.2022 - 15:23
Millinin qapıçısı satılır

“Everton”un qapıçısı Cordan Pikford mövsümün sonunda komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, İngiltərə yığmasının qolkiperi “Tottenhem” və “Nyukasl”ın maraq dairəsindədir.

Liverpullular 28 yaşlı futbolçunu satmağa razıdır. Heyəti yeniləmək üçün maliyyə vəsaitləri axtaran klub rəhbərliyi Pikfordun satışından qazanmaq niyyətindədir. Qapıçının “Everton”la müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, Cordan mövsümün 33 matçında 57 top buraxıb.