Millinin sabiq baş məşqçisi mükafatlandırıldı
04.05.2022 - 17:06
Millinin sabiq baş məşqçisi mükafatlandırıldı

İngiltərə millisinin sabiq baş məşqçisi Roy Hocson futboldakı xidmətlərinə görə mükafatlandırılıb.

Apasport.az saytının məlumatına görə, hazırda “Uotford”u çalışdıran mütəxəssis Britaniya imperiyasının ordeni ilə təltif olunub.

Ona komandor dərəcəli orden verilib. 1971-ci ildə məşqçilik fəaliyyətinə başlayan Hocson 51 ilik karyeraya malikdir.

Qeyd edək ki, mütəxəssis 2012-16-cı illərdə İngiltərə yığmasına rəhbərlik edib.