Millinin sabiq futbolçusu karyerasını bitirdi
05.01.2022 - 09:41
Millinin sabiq futbolçusu karyerasını bitirdi

Niderland millisinin sabiq futbolçusu Devi Propper karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, PSV-nin yarımmüdafiəçisi 30 yaşında bu addımı atıb.

2021-ci ilin yayında Eyndhoven təmsilçisinə qayıdan və 2 illik müqavilə imzalayan Propperin anlaşmasına xitam verilib. O, karyerasını bitirməyini özünü futbolda rahat hiss etməməsi və oyunda sevinc hissi yaşamaması ilə izah edib.

Qeyd edək ki, PSV-yə qayıdanadək 4 il “Brayton”da oynayan niderlandlı karyerası ərzində “Vitess”də də çıxış edib. O, millidə keçirdiyi 17 matçda 3 qol vurub.