Mino Rayolanın futbolçularından ibarət rəmzi “11-lik”
08.05.2022 - 12:37
Mino Rayolanın futbolçularından ibarət rəmzi “11-lik”

Məşhur italiyalı menecer Mino Rayola aprelin son günündə vəfat edib.

Apasport.az saytının məlumatına görə, bu, azarkeşlərdən çox bir çox futbolçuya həyəcan yaşadıb.

Çünki Rayolanın menecerlik şirkəti dünyanın bir sıra ölkələrində ulduz futbolçularla əməkdaşlıq edir. 54 yaşında ölən agentin karyerasını davam etdirən futbolçulardan ibarət simvolik “11-liy”i müəyyənləşib. Rəmzi komandaya hər mövqe üzrə transfer dəyəri ən yüksək olan oyunçuları salınıb.

Qapıçı: Canluici Donnarumma
Klubu: PSJ
Ölkəsi: İtaliya
Yaşı: 23
Transfer dəyəri: 65 milyon avro

Mərkəz müdafiəçisi: Mattiys de Liqt
Klubu: “Yuventus”
Ölkəsi: Niderland
Yaşı: 22
Transfer dəyəri: 70 milyon

Mərkəz müdafiəçisi: Stefan de Vriy
Klubu: “İnter”
Ölkəsi: Niderland
Yaşı: 30
Transfer dəyəri: 35 milyon

Sol cinah müdafiəçisi: Mitçel Bakker
Klubu: “Bayer”
Ölkəsi: Niderland
Yaşı: 21
Transfer dəyəri: 14 milyon

Sağ cinah müdafiəçisi:: Denzel Dumfris
Klubu: “İnter”
Ölkəsi: Niderland
Yaşı: 26
Transfer dəyəri: 20 milyon

Orta sahə: Rayan Qravenberx
Klubu: “Ayaks”
Ölkəsi: Niderland
Yaşı: 19
Transfer dəyəri: 35 milyon

Orta sahə: Marko Verratti
Klubu: PSJ
Ölkəsi: İtaliya
Yaşı: 29
Transfer dəyəri: 55 milyon

Orta sahə: Pol Poqba
Klubu: “Mançester Yunayted”
Ölkəsi: Fransa
Yaşı: 29
Transfer dəyəri: 55 milyon

Sol vinger: Moyze Kin
Klubu: “Yuventus” (“Everton”dan icarəyə götürülüb)
Ölkəsi: İtaliya
Yaşı: 22
Transfer dəyəri: 28 milyon

Sağ vinger: İrvin Lozano
Klubu: “Napoli”
Ölkəsi: Meksika
Yaşı: 26
Transfer dəyəri: 35 milyon

Hücumçu: Erlinq Haland
Klubu: “Borussiya”, Dortmund
Ölkəsi: Norveç
Yaşı: 21
Transfer dəyəri: 150 milyon