Modriç və Marselo koronavirusa yoluxdu
15.12.2021 - 15:20
İspaniya “Real”ının iki futbolçusu koronavirusa yoluxub.
Apasport.az saytının məlumatına görə, yoluxanlar Luka Modriç və Marselodur.
Futbolçuların testləri müsbət nəticə verib. Hər iki oyunçunun karantinə alınacağı gözlənilir. Onların hansı müddətə təcrid olunacağı açıqlanmır.
0
0