Mourinyo: “Xoşbəxtəm ki, “Milan”a gəlməkdən imtina etmişəm”
07.01.2022 - 22:39
Mourinyo: “Xoşbəxtəm ki, “Milan”a gəlməkdən imtina etmişəm”

“Roma”nın baş məşqçisi Joze Mourinyo “Milan”ı çalışdırmaq təklifi alıb.

Apasport.az saytının məlumatına görə, bunu portuqaliyalı mütəxəssisin özü açıqlayıb.

O bildirib ki, Milanın eyniadlı təmsilçisi 3 il əvvəl onu baş məşqçi postuna dəvət edib: “Üç il əvvəl mənə “Milan”ı çalışdırmağı təklif etdilər. Mən üç gün düşündüm. Amma xoşbəxtəm ki, imtina etmək qərarı qəbul etdim. Mən peşəkaram. Amma yenə də emosiyalar üçün yer var. “Roma”nı sevirəm və u klub üçün hər şey verərəm”.

Mourinyo “Milan”la “Roma”nın görüşü zamanı fitə basılmasına da münasibət bildirib: “Buna baxanda öz qərarımdan məmnunam”.

Qeyd edək ki, Mourinyo Milanın digər klubu “İnter” də çalışıb və bu komandada 5 mükafat, o cümlədən Çempionlar Liqasını qazanıb.