Mourinyodan futbol tarixində ilk
06.05.2022 - 10:11
Mourinyodan futbol tarixində ilk

Joze Mourinyo avrokuboklar tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər üçündə finala yüksələn ilk məşqçidir.

Onun rəhbərlik etdiyi “Roma” ilk dəfə təşkil olunan Konfrans Liqasında həlledici matça vəsiqə qazanıb. Mourinyonun yetirmələri yarımfinalda “Lester”i arxada qoyub – 1:1, 1:0.

Mourinyo “Porto” və “İnter”lə Çempionlar Liqasında, “Mançester Yunayted”lə Avropa Liqasında finala yüksəlməyi bacarıb. O, “Porto” ilə UEFA kubokunu da qazanıb.