Premyer Liqanın ilk yarısında 16 dubl qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, 14 turun 56 matçında yalnız 9 futbolçu bir oyunda 2 qol vurmağı bacarıb.
Mövsümün rekordu Musa Qurbanlıya məxsusdur. “Qarabağ”ın gənc hücumçusu hamıdan çox – 3 dəfə dubl edib.
Onun komanda yoldaşları İbrahima Vadji ilə Filip Ozobiç, həmçinin Tiaqo Bezerra (“Neftçi”), Davit Volkov (“Zirə”) və Coy-Lens Mikels (“Sabah”) hərəyə iki matçda dubl müəllifi olub.
Digər üç oyunçunun bir uğuru var. Bunlar Abdullah Zubir (“Qarabağ”), Rəhim Sadıxov (“Sumqayıt”) və Fofana Tiemakodur (“Sabah”).
Klublara gəlincə, 16 dubldan 8-i “Qarabağ”ın üzvlərinin payına düşür. “Sabah”da 3, “Neftçi” ilə “Zirə”də 2, “Sumqayıt”da 1 belə hadisə yaşanıb.