Mövsümün son turunun oyun cədvəli açıqlandı
16.05.2022 - 13:49
Mövsümün son turunun oyun cədvəli açıqlandı

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün son turunun oyun cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, turun bütün matçları öncədən nəzərdə tutulduğu kimi eyni gündə baş tutacaq.

Çempionat “Qarabağ” – “Neftçi” görüşü ilə yekunlaşacaq. Turun iki görüşü “CBC Sport” telekanalı vasitəsilə, bir qarşılaşma isə PFL-in yutub kanalında canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası
XXVIII tur
21 may (şənbə)
17:00. “Zirə” – “Şamaxı”

Zirə İdman Kompleksinin stadionu

17:00. “Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu 

19:00. “Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena” 

19:30. “Qarabağ” – “Neftçi”
“Azersun Arena”