Məşhur futbolçu karyerasını bitirdi
11.12.2021 - 15:34
Məşhur futbolçu karyerasını bitirdi

Braziliya millisinin sabiq hücumçusu Luis Fabiano karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, bunu keçmiş “Sevilya”lı özü açıqlayıb.

Sonuncu dəfə peşəkar səviyyədə 2017-ci ildə “Vasko da Qama”nın formasını geyinmiş 41 yaşlı forvard futbolla rəsmən vidalaşdığını söyləyib: “Son dörd ildə çox sevdiyim işi yenidən davam etdirməyə çalışdım. Uzunmüddətli müalicə, məşq, iki əməliyyat, amma sonda bu döyüşdə qalib gələ bilmədim”.

Qeyd edək ki, Luis Faboano karyerası ərzində “Porto”, “San Paulo”, “Renn” kimi klublarda çıxış edib. O, “Sevilya”nın heyətində 2 dəfə UEFA kubokunu (indiki Avropa Liqası) və İspaniya kubokunu, 1 dəfə isə UEFA Superkubokunu və İspaniya Superkubokunu qazanıb.