Mundiallarda ən çox oyun keçirənlər – Messi rekordu qıra bilərmi?
01.01.2022 - 12:24
Mundiallarda ən çox oyun keçirənlər – Messi rekordu qıra bilərmi?

2022-ci ilin ən böyük turniri, şübhəsiz ki, Qətərdə keçiriləcək dünya çempionatı olacaq.

Apasport.az saytının məlumatına görə, noyabr-dekabr aylarında baş tutacaq mundial növbəti rekordların qırılması ilə əlamətdar ola bilər.

Məsələn, Serxio Ramos, Kriştiano Ronaldo, Lionel Messi kimi ulduzlar 5-ci dəfə final mərhələsinə qatılmaqla rekorda şərik çıxacaqlar.

Argentinalı eyni zamanda dünya çempionatları tarixində ən çox oyun keçirən futbolçu ünvanına yiyələnə bilər. Qatıldığı 4 mundialda 19 matçda iştirak edən Leo rekordu təkrarlamaq üçün Argentina yığmasını yarımfinala, yeniləmək üçün isə finala daşımalıdır. Təbii ki, özü bütün görüşlərdə meydanda olmaq şərtilə.

Mundiallarda ən çox oyun keçirmə rekordu hazırda almaniyalı Lotar Matteusa məxsusdur. Aktivində 25 oyun olan Matteusu həmyerlisi Miroslav Kloze izləyir. Ümumiyyətlə, dünya çempionatlarının final mərhələlərində ən çox matça çıxan 10 futbolçudan heç biri karyerasını davam etdirmir.

Yer

Futbolçu

Oyun

Turnirlər

1.

Lotar Matteus (Almaniya)

25

1982, 86, 90, 94, 98

2.

Miroslav Kloze (Almaniya)

24

2002, 06, 10, 14

3.

Paolo Maldini (İtaliya)

23

1990, 94, 98, 02

4-6

Dieqo Maradona (Argentina)

21

1982, 86, 90, 94

 

Uve Zeeler (Almaniya)

21

1958, 62, 66, 70

 

Vladislav Şmuda (Polşa)

21

1974, 78, 82, 86

7-11.

Kafu (Braziliya)

20

1994, 98, 02, 06

 

Filipp Lam

20

2006, 10, 14

 

Qjeqoj Qato (Polşa)

20

1974, 78, 82

 

Xavyer Maskerano (Argentina)

20

2006, 10, 14, 18

 

Bastian Şvaynştayger (Almaniya)

20

2006, 10, 14