Musa Qurbanlı: "Zərbəni onun vuracağını bildiyim üçün yaxınlaşmadım"
11.02.2022 - 19:58
Musa Qurbanlı: "Zərbəni onun vuracağını bildiyim üçün yaxınlaşmadım"

“Öz çıxışımdan razı qaldığımı deyə bilmərəm”.

Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”ın futbolçusu Musa Qurbanlı məxsusdur.

Gənc hücumçu Azərbaycan kubokunun 1/4 final mərhələsində “Keşlə” üzərində 6:0 hesablı qələbə qazandıqları matçın ardından “CBC Sport” kanalına fikirlərini bölüşüb: “Əsas odur ki, qələbə qazandıq. Uşaq vaxtı akademiyada yarımmüdafiədə çıxış etmişəm. Mənim üçün mövqenin fərqi yoxdur”.

Qurbanlı onun qazandığı penaltini Ramil Şeydayevin yerinə yetirməsinə də münasibət bildirib: “Məşqçilərin tapşırığı belə idi. Oyundan əvvəl belə tapşırıq olmuşdu. Ona görə də, penalti anında bilirdim ki, zərbəni Ramil vuracaq. Ona görə heç yaxınlaşmadım”.

Qeyd edək ki, ilk oyunda da rəqibini 1:0 hesabı ilə məğlub edən “Qarabağ” yarımfinala adlayan ilk komanda olub.