“Mançester Yunayted”in yay hazırlıq planı bəlli olub.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun gələcək baş məşqçisi Erik Ten Haqın ilk işi futbolçuların məzuniyyətini kəsməsi olub.
Niderlandlı mütəxəssis oyunçuların 14 gün az istirahət etməsini istəyib. “Qırmızı şeytanlar” yeni mövsümün hazırlığına iyulun 4-də başlamalı idi.
Bu, Premyer Liqada mövsümün startından bir ay əvvələ nəzərdə tutulmuşdu. Ten Haq məşqlərin iyunun 20-də başlamasını məqsədəuyğun sayıb. Mütəxəssis iki həftəlik istirahətdən imtinanı əlavə məşqlərin zəruriliyi, öz oyun üslubunu komandaya aşılaması üçün vaxtın vacibliyi ilə əsaslandırıb.
Qeyd edək ki, hazırda “Ayaks”ı çalışdıran Ten Haq mövsüm başa çatdıqdan sonra Mançester təmsilçisinə keçəcək.