Namik Ələskərov: “Bu, uğurlu seriyanın başlanğıcı olar”
06.12.2021 - 09:20
Namik Ələskərov: “Bu, uğurlu seriyanın başlanğıcı olar”

“Bu qələbəyə ehtiyacımız var idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Bursaspor”un azərbaycanlı hücumçusu Namik Ələskərov deyib.

Millimizin forvardının komandası TFF I Liqasının XV turunda səfərdə “Dənizlispor”u 3:1 hesabı ilə məğlub edib. Qarşılaşmada 2-ci qolun müəllifi olan Ələskərov yerli mətbuata açıqlamasında bunun davamını gətirmək istədiklərini söyləyib: “Matça yaxşı hazırlaşmışdıq. Əsas məsələ bunun davamını gətirməkdir. Ümid edirəm ki, bu, uğurlu seriyanın başlanğıcı olar”.

Qeyd edək ki, turnir cədvəlinin 13-cü pilləsində qərarlaşan “Bursaspor” növbəti turda “Manisaspor”la (11 dekabr) öz meydanında qarşılaşacaq.