Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyədə növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, həmyerlimizin komandası “Bursaspor” TFF I Liqasında XVIII tur matçına çıxıb.
“Timsah” doğma arenasında liderlər qrupunda qərarlaşan “Bandırmaspor”la üz-üzə gəlib. Start heyətində meydana çıxan Namik fasilədən sonra əvəzlənib. Görüş isə “Bandırmaspor”un qələbəsi ilə yekunlaşıb – 1:0. Qonaqlara 3 xal qazandıran yeganə qol 71-ci dəqiqədə vurulub.
Bu məğlubiyyətdən sonra təhlükəli zonadan çıxa bilməyən “Bursaspor” 18 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.