Namik Ələskərovun komandası lideri məğlub etdi
08.05.2022 - 19:02
Namik Ələskərovun komandası lideri məğlub etdi

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyə TFF I Liqasında növbəti oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, "timsah" XXXVI turda lider "Umraniyespor"la qarşılaşıb.

Bursada baş tutan qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşə ehtiyatdan başlayan Ələskərov 75-ci dəqiqədə, hesab 2:2 olarkən meydana daxil olub. Ev sahibləri əlavə edilmiş dəqiqələrdə vurduğu qolla kritik qələbə qazanıb.

Bu nəticədən sonra xallarının sayını 41-ə çatdıran "Bursaspor" 16-cı pilləyə yüksəlib.