Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiəydə uğurlu oyununu davam etdirir.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu “Bursaspor”un heyətində növbəti dəfə fərqlənib.
O, XVI turda “Manisa” ilə matçda qol vurub. Bursadakı qarşılaşmada start heyətində meydana çıxan Ələskərov 51-ci dəqiqədə hesabı açıb. Lakin ev sahibləri bu üstünlüyü qoruya bilməyib. 79-cu dəqiqədə qonaq komanda məğlubiyyətdən qaçıb. 1:1 hesabı ilə yekunlaşan matçda yığmamızın üzvü 86 dəqiqə meydanda qalıb.
Bu heç-heçə ilə xallarının sayını 18-ə çatdıran “Bursaspor” turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.