Namik əvəzləndi, üstünlük əldən getdi
20.02.2022 - 21:54
Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyə çempionatında növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, təmsilçimiz 1-ci liqada şərəfini qoruduğu “Bursaspor”un “Ankaragücü” ilə səfər matçına çıxıb.
Namik bu görüşə start heyətində başlayıb. O, qarşılaşmanın 61-ci dəqiqəsində əvəzlənib. Bursalılar çempionatın liderlərindən biri ilə oyunda hesabı açsalar da, Ələskərovun əvəzlənməsindən sonra üstünlüyü əldən veriblər. Təmsilçimizin komandası sonda 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, 24 matçdan sonra 24 xalı olan “Bursaspor” 16-cı sırada qərarlaşıb.
0
0