Neymar Messidən ÖNDƏ
23.03.2022 - 00:00
Neymar Messidən ÖNDƏ

Liqa1-in ən yüksək ödənişli futbolçularının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Top-20”də PSJ-nin daha çox – 18 futbolçusu yer alıb.

Ən yüksək maaş Neymardadır. Braziliyalı ayda 4,083 milyon avro alır.

İkinci olan Lionel Messinin qazancı 3,375 milyondur. Kilian Mbappe isə ayda 2,22 milyon maaş alır.

Qeyd edək ki, “Top-20”də PSJ-ni təmsil etməyən oyunçular Vissam Ben-Yedder 15-ci (650 min) və Sesk Fabreqas 18-cidir (600 min). Hər iki futbolçu “Monako”da çıxış edir.
 

0