Neymar yeraltı gecə klubu inşa etdirdi
28.12.2021 - 14:36
Neymar yeraltı gecə klubu inşa etdirdi

PSJ-nin və Braziliya millisinin futbolçusu Neymarın yeni il planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, cənubi amerikalı hücumçu öz malikanəsində yeni il gecəsi təşkil edəcək.

Bunun üçün Neymar öz evinin altında yeraltı gecə klubu inşa etdirib. Şənlikdən öncə musiqiçilər orada sauntçek edəcək və lazım olan bütün qurğular yerləşdiriləcək.

Qeyd edək ki, Neymar zədədən sonra bərpa prosesini Braziliyada keçir.