Nikola baş məşqçi gətirildi
16.02.2022 - 09:59
Nikola baş məşqçi gətirildi

İtaliyanın “Salernitana” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, A seriyasının autsayderini Davide Nikola çalışdıracaq.

“Cenoa”, “Torino” kimi bir sıra klubları çalışdırmış mütəxəssis yeni komandasında Stefano Kolantuononu əvəzləyib. O, Andrea Pirlonun imtina etdiyi vəzifəyə təyin olunub.

Qeyd edək ki, “Salernitana” 23 oyunda cəmi 13 xal toplayıb.