Ölkə çempionu qarət olundu
07.12.2021 - 15:11
Ölkə çempionu qarət olundu

“Lill”in futbolçusu Jonatan İkonenin evi qarət olunub.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi bununla bağlı Fransa polisinə şikayət edib.

İlkin məlumata əsasən, onun evindən 250 min avroluq əşyalar oğurlanıb. İkonenin özü Almaniyaya yollanmalıdır. O, komandası ilə Çempionlar Liqasının “Volfsburq”la görüşündə iştirak edəcək.

Qeyd edək ki, 2018-ci ildən “Lill”də çıxış edən forvard ötən mövsüm Fransa çempionu olub.