Ölkə kuboku finalının məkanı dəqiqləşməyib
10.11.2021 - 15:11
Ölkə kuboku finalının məkanı dəqiqləşməyib

Ölkə kubokunun finalının məkanı bəlli deyil.

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

O, gələn il mayın 27-də baş tutacaq final görüşünün məkanının hələ dəqiqləşmədiyini vurğulayıb: “Hərə bir söz deyir. Hələ qərara gəlməmişik. İnşallah, ümumi qərara gələndən sonra açıqlama veriləcək. Yerindən və məkanından asılı olmayaraq, əsas odur ki, maraqlı oyun olsun. Bunu da görəcəyik”.