![Onilliyin rekordçusu - yalnız bizdə](https://apasport.az/storage/news/2020/january/05/big/1578173950473_r5JipWvs.jpeg)
Son 10 ildə Azərbaycan Premyer Liqasında ən çox oyun keçirən futbolçular müəyyənləşib.
Apasport.az saytının hesablamasına görə, onilliyin rekordçusu Tural Axundovdur.
2010-19-cu illərdə “Muğan”, “Rəvan”, “Simurq”, “Kəpəz”, “Sumqayıt” və “Neftçi”də oynamış müdafiəçinin hesabında 276 matç var. O, bu göstəricidə böyük üstünlüyə malikdir.
İkinci sırada olan Rahid Əmirquliyev ondan 18 oyun geridədir. İlk “üçlüy”ü Şəhriyar Rəhimov qapayır – 241 matç.
Eyni klubda ən çox oyun keçirməkdə rekordçu olan Maksim Medvedev isə son 10 ildə 233 çempionat qarşılaşmasına çıxıb. O, siyahıda 4-cüdür.
Ən çox oyun keçirən 10 futbolçu arasında yalnız iki legioner var. Bunlar Viktor İbekoyi və Denis Silvadır. Onlar eyni göstəriciyə malikdirlər.
1. |
Tural Axundov |
276 |
2. |
Rahid Əmirquliyev |
258 |
3. |
Şəhriyar Rəhimov |
241 |
4. |
Maksim Medvedev |
233 |
5. |
İlkin Qırtımov |
231 |
6. |
Vurğun Hüseynov |
230 |
7-9. |
Viktor İbekoyi |
229 |
|
Elvin Məmmədov |
229 |
|
Denis Silva |
229 |
10. |
Rəşad Sadiqov |
226 |