Osimxeni ver, Marsyalı al
14.05.2022 - 23:29
“Mançester Yunayted” “Napoli”nin hücumçusu Viktor Osimxenin transferində israrlıdır.
Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” nigeriyalı forvard üçün A seriyası təmsilçisinə növbəti təklifini etməyə hazırlaşır.
İngilislər hazırda icarə əsasında “Sevilya”da çıxış edən hücumçusu Antoni Marsyalı bu transferə daxil etməyə hazırdır. Onlar fransalı forvard və müəyyən məbləğdə pul təklifinin italyanları razı salacağını düşünür. Ancaq Marsyal İspaniyada qalmaq arzusundadır.
Qeyd edək ki, Viktor Osimxenin “Napoli” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
0
0