Otamendi qarət olundu
14.12.2021 - 13:25
Otamendi qarət olundu

“Benfika”nın futbolçusu Nikolas Otamendi qarət olunub.

Apasport.az saytının məlumatına görə, hadisə argentinalı müdafiəçinin evində baş verib.

“Famalikao” ilə matçdan sonra ailəsi ilə birlikdə evinə dönən Otamendiyə silahlı cinayətkarlar hücum çəkib. Onlar futbolçunu məcbur ediblər ki, qapıları açsın. Müdafiəçini sarıyan qarətçilər onun boğazına kəmər keçiriblər.

Nikolasın həyat yoldaşı və oğlunun da evdə olduğu vaxtda cinayətkarlar pulları, zinət əşyalarını və bahalı saatları aparıblar. Klub rəhbərliyi baş verənləri təsdiqləyib. Futbolçu və ailəsinin xəsarət almadığı bildirilir.