PFL medalçıları necə mükafatlandıracaq?
16.05.2022 - 13:55
PFL medalçıları necə mükafatlandıracaq?

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün mükafatlandırma mərasimi son turun “Qarabağ” – “Neftçi” oyunundan sonra baş tutacaq.

Bu barədə apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.

Onun sözlərinə görə, mayın 21-də “Azersun Arena”da baş tutacaq qarşılaşmanın ardından xüsusi səhnə quraşdırılacaq və çempion, eyni zamanda medalçılar təltif olunacaq: “Bilirsiniz ki, həm “Zirə”nin, həm də “Qəbələ”nin bürünc medal qazanmaq şansı var. Əgər “Zirə” medalı təmin etsə, “Azersun Arena”ya dəvət olunacaq. Amma “Qəbələ” üçüncü yeri tutsa, o zaman onlara medallar bir gün sonra PFL-ə dəvət olunaraq veriləcək”.