PSJ “Barselona”dan 15 milyon istədi
07.01.2022 - 00:51
“Barselona”nın transfer siyahısına düşən daha bir futbolçu bəlli olub.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu Yulian Drekslerin xidmətində maraqlıdır.
PSJ-nin almaniyalı yarımmüdafiəçisi artıq qış transfer pəncərəsində klubunu dəyişə bilər. Fransalılar onun keçidi üçün 15 milyon avro tələb edir.
Qeyd edək ki, Yulian cari mövsümdə 14 oyunda 2 qol vurub.
0
0