PSJ 40 milyonluq müdafiəçi alır
28.12.2021 - 00:32
PSJ 40 milyonluq müdafiəçi alır

PSJ Portuqaliya “Sportinq”indən icarəyə götürdüyü Nunu Mendeşlə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, Fransa klubu 19 yaşlı müdafiəçini transfer edəcək.

Paris təmsilçisi portuqaliyalının oyunundan razı qalıb. Bu üzdən də klub rəhbərliyi icarə müqaviləsindəki bənddən yararlanacaq.

PSJ 40 milyon avroya transfer etmək hüququndan istifadə edərək Nunu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Mendeş cari mövsümdə Liqa1-də 10, Çempionlar Liqasında 6 matç keçirib.