PSJ Mbappeyə əvəzləyici axtarır
15.05.2022 - 13:15
PSJ Mbappeyə əvəzləyici axtarır

PSJ futbolçusu Kilian Mbappeyə əvəzləyici axtarışına başlayıb.

Apasport.az saytının məlumatına görə, Fransa klubu komandadan gedəcəyi gözlənilən hücumçunun əvəzinə Robert Levandovski və Məhəmməd Salahın transferini nəzərdən keçirir.

Polşalı hücumçu “Bavariya”dan getməyi planlaşdırır. Misirli forvard isə “Liverpul”la yeni müqavilə barədə anlaşa bilmir. Lionel Messi və Neymarı heyətində saxlayacaq PSJ hücum “üçlüy”ünə ulduz cəlb olunmasını istəyir.

Qeyd edək ki, PSJ Liqa1-də qızıl medal qazansa da, Çempionlar Liqasında 1/4 final səddini adlaya bilməyib.