PSJ-də ayrılıq hazırlığı
08.01.2022 - 23:34
PSJ-nin yarımmüdafiəçisi Jorjinyo Veynaldum ayrılmaq istəyir.
Apasport.az saytının məlumatına görə, buna səbəb Niderland millisinin üzvünün əsas heyətə düşə bilməməsidir.
31 yaşlı orta sahə oyunçusu Fransa klubunda oyun praktikasından əziyyət çəkir və daha çox oyun vaxtı əldə etmək üçün İngiltərə Premyer Liqasına qayıtmaq niyyətindədir. Veynaldum PSJ-yə ötən il azad agent kimi keçib. O, Premyer Liqada əvvəlki formasını bərpa edəcəyini düşünür.
Qeyd edək ki, Corcinyo Veynaldum bu mövsüm bütün turnirlərdə 22 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
0
0