PSJ-də yeni müqavilə
07.02.2022 - 13:42
PSJ-də yeni müqavilə

PSJ futbolçusu Markinyosla yeni müqavilə imzalayacaq.

Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi ilə anlaşma 2026-cı ilədək uzadılacaq.

Tərəflər artıq müqavilənin şərtlərini razılaşdırıb. 27 yaşlı futbolçu 2013-cü ildən Paris təmsilçisində çıxış edir. O, 9 il əvvəl “Roma”dan 31,4 milyon avroya transfer olunub.

Qeyd edək ki, Markinyos Liqa1-in cari mövsümündə 17 matçda 3 qol vurub.