PSJ-də kapitanın durumuna aydınlıq gəldi
17.12.2021 - 13:29
PSJ-nin kapitanı Markinyoşun taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu karyerasını Paris klubunda davam etdirəcək.
Liqa1-in liderinin direktoru Leonardo Braziliya millisinin üzvünün uzun müddət PSJ-də qalacağını açıqlayıb. O, hətta 27 yaşlı müdafiəçinin karyerasını sonuna qədər orada oynayacağını vurğulayıb: “Markinyoş əbədi PSJ-də qalacaq. O, klubdan ayrılmaq istəmir”.
Qeyd edək ki, Markinyoş 2013-cü ildən PSJ-nin formasını geyinir.
0
0