PSJ-də 5-ci yoluxma
03.01.2022 - 16:56
PSJ-də 5-ci yoluxma

PSJ-nin daha bir futbolçusu koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

Yarımmüdafiəçi Danilu Pereyranın testi müsbət nəticələnib. 30 yaşlı futbolçu təcrid olunub.

Pereyra Fransa klubunun koronavirusa yoluxan 5-ci futbolçusudur. Onadək hücumçu Lionel Messi, müdafiəçi Xuan Bernat, qapıçı Serxio Riko və yarımmüdafiəçi Natan Bitumazalanın testi müsbət nəticə verib.