PSJ-dən “Latsio”ya
28.12.2021 - 20:26
“Latsio” Layven Kurzavanın transferi ilə bağlı danışıqlara başlayıb.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu müdafiəçinin müqavilə ilə məxsus olduğu PSJ ilə razılıq əldə etməyə yaxındır.
Fransa təmsilçisi oyunçusu üçün 4 milyon avro istəyir. Lakin tərəflərin 2,5 milyona razılaşacağı gözlənilir. Kurzavanın artıq qış transfer pəncərəsində klubunu dəyişəcəyi ehtimal olunur.
Qeyd edək ki, altı ildir PSJ-nin formasını geyinən müdafiəçi cari mövsümdə meydana çıxmayıb.
0
0