PSJ-nin futbolçusu formanı geyinməkdən imtina etdi - SƏBƏB
16.05.2022 - 09:45
PSJ-nin futbolçusu formanı geyinməkdən imtina etdi - SƏBƏB

PSJ-nin yarımmüdafiəçisi İdrissa Qeye Fransa Liqa1-nin XXXVII turunda “Monpelye” ilə oyunu buraxıb.

Apasport.az saytının məlumatına görə, seneqallı futbolçunun qarşılaşmada iştirak etməməsi nə zədə, nə də cəza ilə bağlı olub.

Parislilər meydana LGBT fobiya ilə mübarizə günü şərəfinə yeni formada çıxıb. Formaların arxasındakı nömrə altı rəngdən ibarət dizayn edilib ki, Qeye də bunu geyinməyə razı olmayıb. Nəticədə 33 yaşlı oyunçu görüşdə iştirak etməyib. 

Maraqlıdır ki, rəhbərlik Qeyenin iştirak etməməsinin səbəbi kimi mədə problemini göstərib. O, ötən il “Reyms”lə matçı da bənzər səbəbdən buraxmışdı. 

Qeyd edək ki, “Monpelye”ni 4:0 hesabı ilə məğlub edən çempion PSJ sona bir tur qalmış 83 xala malikdir.