PSJ qapıçısını satır
15.05.2022 - 00:48
PSJ qapıçısını satır

PSJ-nin qapıçısı Keylor Navas mövsümün sonunda komandasını tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi artıq italiyalı Canluici Donnarummanın bir nömrəli qolkiperə çevrilməsini istəyir.

Bu üzdən Fransa çempionu yayda 35 yaşlı kosta-rikalını satmaq üçün variantlar axtaracaq. Navasın klubla müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. Rəhbərlik onun transferindən 10 milyon avro qazanc götürmək niyyətindədir.

Qeyd edək ki, Keylor Navas bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 25 oyuna çıxıb, 24 qol buraxıb.