Niderland millisinin və “Mançester Yunayted”in sabiq ulduzu Ruud van Nistelroy PSV-nin baş məşqçisi olmaqdan imtina edib.
Apasport.az saytının məlumatına görə, ona yayda postundan ayrılacaq Rocer Şmidti əvəzləmək təklif edilib.
Lakin van Nistelroy Eyndhoven təmsilçisinin sükanı arxasına keçməkdən boyun qaçırıb. O, belə addımını məsul vəzifəyə hazır olmaması ilə izah edib: “İndi bu barədə açıq deyə bilərəm. Mən birinci komandaya getməyəcəm. Buna hazır olduğumu düşünmürəm. Razılaşdığımız trayektoriya ilə fəaliyyət göstərməliyik. İddialarım və səylərim var, amma hələ tezdir”.
Qeyd edək ki, van Nistelroy hazırda PSV-nin ikinci komandasının baş məşqçisidir.
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
- “Fənərbaxça” – “Lion” matçından sonra gərginlik - 6 nəfər saxlanılıb
- "Atletiko" açıqladı: ALVAREZ SATILMAYACAQ