Patrik Andrade: “Bunun üzərində həftələrlə işləyirik”
04.12.2021 - 20:38
Patrik Andrade: “Bunun üzərində həftələrlə işləyirik”

“Sabah”la görüş asan olmadı”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Patrik Andrade deyib.

Premyer Liqanın XIII turunun “Sabah”la görüşündən sonra “CBC Sport”a açıqlama verən kabo-verdeli legioner matçı dəyərləndirib: “Hesab yanılda bilər. Rəqib layiqli komanda idi. Hesabdakı fərqi matçın sonunda artırdıq”.

Patrik Konfrans Liqasının “Bazel”lə qarşılaşması barəsində də düşüncələrini bölüşüb: “Bunun üzərində həftələrlə işləyirik. Artıq bu matça tam motivasiya olacağıq. Məqsədimiz səfərə yalnız bizə sərfəli nəticə üçün yollanmaqdır”.