Paytaxt derbisində qalmaqal
15.05.2022 - 17:55
Paytaxt derbisində qalmaqal

Azərbaycan Premyer Liqasının XXVII turunun “Zirə” – “Neftçi” oyununda qalmaqal yaşanıb.

Apasport.az saytının məlumatına görə, xoşagəlməz hadisə matçın 19-cu dəqiqəsində baş verib.

Futbolçuların kütləvi şəkildə iştirak etdiyi qalmaqalın əsas iştirakçısı Yusuf Laval olub. “Neftçi”nin futbolçusu onunla mübahisə edən rəqibləri cavabsız qoymayıb. Onun əllə itələdiyi Dmitrios Çantaklias üzünü tutaraq yerə yıxılıb.

Baş məşqçilər Rəşad Sadıqov və Samir Abasov da münaqişə yerinə çataraq aranı sakitləşdirməyə çalışıblar. Baş hakim Rauf Cabarov insidenti sarı vərəqələrlə sakitləşdirib. O, Lavala, Təmkin Xəlilzadəyə və Rəşad Sadıqov da daxil olmaqla bir neçə xəbərdarlıq edib.