Paytaxt klubu futbolçularını satır
23.12.2021 - 15:47
Paytaxt klubu futbolçularını satır

“Tottenhem” qış fasiləsində heyətində “təmizləmə işləri” aparacaq.

Apasport.az saytının məlumatına görə, London klubu konkret olaraq iki oyunçusunu satmağı planlaşdırır.

Paytaxt təmsilçisinin rəhbərliyi sağ cinah müdafiəçisi Mett Doherti və yarımmüdafiəçisi Dele Allinin satışında maraqlıdır. Premyer Liqa klubu onların gedişindən qazanılacaq pulla müdafiənin sağ cinahına bir oyunçu almaq istəyir.

Qeyd edək ki, hər iki futbolçunun “Tottenhem”lə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.