Paytaxt klubunda üç itki
09.02.2022 - 14:06
Paytaxt klubunda üç itki

“Tottenhem” üç futbolçunun xidmətindən məhrum olub.

Apasport.az saytının məlumatına görə, London klubu Erik Dayer, Oliver Skipp və Cafer Tanqanqanı itirib.

Bu oyunçular Premyer Liqanın “Sauthempton”la görüşünə çıxmayacaq.  Buna hər üç futbolçunun zədəsi səbəb olub. İngiltərə kubokunun “Brayton”la qarşılaşmasını da buraxan “üçlük” hələ də meydana çıxmağa hazır deyil.

Qeyd edək ki, “Tottenhem” “Sauthempton”la bu gün üz-üzə gələcək.