Paytaxt klubunda yeni müqavilə
25.12.2021 - 11:39
“Arsenal” yarımmüdafiəçisi Bukayo Saka ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, London klubu 20 yaşlı futbolçusunu uzun müddət komandada saxlayacaq.
İngiltərə millisinin üzvü ilə yeni müqavilə imzalanmasında artıq ilkin razılıq əldə olunub. Anlaşmaya əsasən, Sako “topçular”la 2027-ci ilin yayına qədər nəzərdə tutulan yeni sazişə qol çəkəcək. Bununla bir neçə klubun maraq dairəsində olan Saka ilə bağlı söz-söhbətlərə son qoyulacaq.
Qeyd edək ki, Bukayo Saka cari mövsüm 4 qol, 4 assistlə yadda qalıb. Onun hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.
0
0