Paytaxt klubunda yeni müqavilə - 2026-cı ilə qədər
04.01.2022 - 22:58
Paytaxt klubunda yeni müqavilə - 2026-cı ilə qədər

“Atletiko”nun hücumçusu Anxel Korreanın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi argentinalı futbolçu ilə əməkdaşlığını uzadıb.

La Liqa klubu XIX turda “Rayo Valyekano” ilə görüşdə dubl edərək komandasına qələbə qazandıran (2:0) 27 yaşlı futbolçusu ilə sözləşmə müddətini 2026-cı ilə qədər yeniləyib. Argentina millisinin üzvü 2014-cü ildən paytaxt klubunun şərəfini qoruyur.

Qeyd edək ki, Anxel Korrea “Atletiko”nun hazırkı heyətində komandanın formasını ən çox geyinən 3-cü oyunçudur. 305 dəfə meydana çıxan forvard yalnız Koke (519 oyun) və Yan Oblakdan (323) geri qalır.