Paytaxt klubunun əl-qolunu bağlayan məhdudiyyət
08.05.2022 - 17:38
Paytaxt klubunun əl-qolunu bağlayan məhdudiyyət

“Çelsi” yarımmüdafiəçi Meyson Mauntla bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu 23 yaşlı futbolçusunun müqaviləsini uzatmaqda maraqlıdır.

Ancaq yeni müqavilələrə və transferlərə qoyulan məhdudiyyətlər səbəbindən “zadəganlar” hələ ki, İngiltərə millisinin üzvü ilə münasibətləri rəsmiləşdirə bilmir. Ancaq qadağa ləğv olunan kimi, paytaxt təmsilçisi hücumameylli oyunçu ilə yeni anlaşma imzalayacaq.

Qeyd edək ki, “Çelsi” ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədər olan Meyson Maunt cari mövsüm bütün turnirlərdə 50 oyuna çıxıb, 12 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.