Pedri nə vaxta qədər “Barselona”da qalacağını açıqladı
11.12.2021 - 23:34
Pedri nə vaxta qədər “Barselona”da qalacağını açıqladı

“Barselona”nın yarımmüdafiəçisi Pedri Avropanın digər klublarının maraq dairəsinə düşməsinə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, 19 yaşlı orta sahə oyunçusu “Mançester Siti”, PSJ, “Mançester Yunayted”, “Çelsi” kimi klubların təkliflərinə önəm vermədiyini söyləyib.

İspaniya millisinin üzvü “Barsa”da xoşbəxt olduğunu söyləyib: “Barselona”da olmaqdan xoşbəxtəm, bu klubda qalmaq istəyirəm. Bu mənim arzumdur. İcazə verin, 2026-cı ilə qədər burada oynayım, sonrasına baxarıq. Kataloniyalılarla yeni müqavilə imzalamışam”.

Qeyd edək ki, “France Football” jurnalının 2021-ci ilin ən yaxşı gənc futbolçusu sorğusunun qalibi olan Pedri zədə səbəbindən cari mövsüm La Liqada cəmi 2 oyunda iştirak edib.