Pedri və Fati “Malyorka”nı gözləyir
16.12.2021 - 09:14
Pedri və Fati “Malyorka”nı gözləyir

“Barselona”nın zədəli futbolçuları Ansu Fati və Pedrinin meydana qayıdacağı tarix müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, hər iki futbolçu yanvarın 2-də meydana çıxa bilər.

Gənc oyunçuların “Malyorka” ilə qarşılaşmada iştirak edəcəyi gözlənilir. Pedri və Fatinin durumunda irəliləyiş hiss olunmaqdadır. Bu üzdən də onların 2022-ci ilin ilk matçından komandaya kömək edəcəyi ehtimal edilir.