Pikedən davam qərarı
12.02.2022 - 13:43
Pikedən davam qərarı

“Barselona”nın futbolçusu Jerar Pikenin gələcək karyerasına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı müdafiəçi növbəti mövsümdə də İspaniya nəhənginin şərəfini qoruyacaq.

Pike futbolçu karyerasını başa vurmamağa qərar verib. Onun bu addımı atacağı barədə xəbərlər yayılsa da, müdafiəçi daha bir il çıxış etməyi məqsədəuyğun sayıb.

Jerar hətta müqaviləsinin sonunadək oynayacağın da istisna etmir. Onun anlaşması 2024-cü ilin yayında başa çatacaq.