Poker edən De Breyne Qvardiolanı məyus etdi - SƏBƏB
12.05.2022 - 11:11
Poker edən De Breyne Qvardiolanı məyus etdi - SƏBƏB

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın “Vulverhempton”la görüşündən narazı qalıb.

Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssisi komandasının 5:1 hesablı qələbəsində pokerlə pay sahibi olan Kevin de Breyne məyus edib.

Qvardiola belçikalının 4 qoluna münasibət bildirərkən narazılığını bildirib: “De Breyne məni məyus etdi. O, özünün beşinci qolunu vura bilməyib dirəyi nişan aldı. Kevin həmişə belə səxavətli oğlandır. Onun həmişə məhsuldar ötürmə verəcək qədər ağlı var. Amma bu mövsüm qol vurmaq baxımından da məhsuldar oynayıb. Mənə elə gəlir ki, Kevin qol vurmaqdan həzz almağa indi başlayıb. Əvvəllər ancaq ötürmə verərdi. Yəqin ki, özlüyündə “komanda yoldaşlarımın qol vurduğum üçün üstümə qaçıb məni qucaqlamasından xoşum gəlir” deyir”.

Qeyd edək ki, belçikalı 2015-ci ildə “Mançester Siti”yə keçib.